waplog

“İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunlarına dair tədbir keçirilir


Hazırda "Hilton" mehmanxanasında "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin yekunlarına və  ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş  tədbir keçirilir.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri  Əli Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik  Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və  Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin çıxışı nəzərdə tutulub.
 
Sözügedən toplantıda "İKT ili" çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  ilə birgə keçirilən qrant müsabiqələrinin qalibləri də mükafatlandırılacaqlar.
 
Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peykinin layihələndirilməsində, hazırlanmasında, orbitə buraxılmasında və istismarında, eləcə də "İKT ili" ərzində göstərdikləri xidmətə görə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə bu sahədə çalışan bir sıra əməkdaşlar Fəxri fərmanlarla təltif olunacaqlar.
 
Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət oxunacaq.
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL