waplog

Müqəddəs Valentin Günü ərəfəsində britaniyalılar daha çox hansı hədiyyəni gözləyirlər?


Britaniya resurslarından biri tərəfindən keçirilmiş sorğuya əsasən, Böyük Britaniya sakinlərinin Müqəddəs Valentin Günü ərəfəsində öz rəfiqələri və oğlan dostlarından hansı hədiyyə gözlədiyi məlum olub. Ən çox gözlənilən hədiyyələr reytinqində “iPad” planşeti birincidir, sonrakı yerlərdə gül, zərgərlik bəzəkləri, noutbuklar yerləşib və “PlayStation 4” oyun konsolu siyahını yekunlaşdırır.

Məlum olub ki, “iPad” planşeti 55 yaşdan yuxarı insanlar arasında populyardır, 18-24 yaş aralığında insanlar gülə üstünlük verir. Rəyi soruşulanların 10%-dən çoxu ümid edir ki, sevgililəri hədiyyə üçün ən azı 100 funt-sterlinq (160 dollardan çox) xərcləyəcək. Bu halda respondentlərin 43%-i 10 funtadək məbləğdə hədiyyəyə ümid edir.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, rəyi soruşulanların böyük əksəriyyəti hesab edir ki, gözlədikləri hədiyyəni almayacaqlar, onların 80%-i hədiyyəni geri qaytarmağı, bağışlamağı və ya dəyişdirməyi planlaşdırmır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL