waplog

“iPad 2” planşet kompüteri satışdan çıxarılacaq


“Apple”ın ən populyar planşetlərindən biri “iPad 2” artıq üç ildir istehsal edilir və satılır. Lakin “AppleInsider.com” saytı öz mənbələrinə istinadən bildirib ki, şirkət "veteran"ın istehsalına son vermək qərarına gəlib.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “iPad 2” planşeti 2011-ci ilin martında satışa çıxarılıb. Birinci modellə müqayisədə bir çox təkmilləşdirmələr həyata keçirilmişdi: korpus daha da nazikləşdirilmiş, içlik gücləndirilmiş, görünüşü daha da yaxşılaşdırılıb. Qurğu 1 QHs takt tezlikli “A5” ikinüvəli prosessoru,  512 MB əməli yaddaş və 1024x768 nöqtə təsvir ölçüsünə malik olub.

“AppleInsider.com” saytının məlumatına görə, “Apple” şirkətini “iPad 2” planşet kompüterinə aşağı tələbata görə onun istehsalına son vermək niyyətindədir. Son zamanlar planşet ABŞ-da 399 dollara satılıb, lakin bu qiyməyə “Retina” ekranlı “iPad mini” satın almaq olar.

“iPad 2” planşeti “Apple”ın tarixində ən uğurlu qurğulardan biri olub. “Localytics” tədqiqat firmasının məlumatına görə, 2013-cü ilin oktyabrınadək adı çəkilən cihaz ən populyar planşet olaraq qalıb: "alma" planşetlərinin trafikinin 38 faizi onun payına düşüb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL