waplog

“Gənclərə İKT biliklərinin aşılanması” adlı layihəyə start verilib


Oğuz rayonunda “Gənclərə İKT biliklərinin aşılanması”  adlı layihənin icrasına başlanılıb.  Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, sözügedən layihənin məqsədi Oğuz rayonunda yerləşən 2 orta məktəbdən olan 14-17 yaş arası gənclərin İKT sahəsində bilik, bacarıq və qabiliyyətlərinin artırılmasıdır.  
 
Həyata keçirilən tədbirlər nəticəsində 90 gənc təlimlər vasitəsilə məlumatlanacaq.
 
Layihə 2 ay müddətində davam edəcək.
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL