waplog

“HP” “Windows” platforması ilə işləyən 64 bit “ElitePad 1000” planşetini təqdim edib


"Mobile World Congress 2014" mobil sərgisinin ilk iş günü çərçivəsində "Hewlett-Packard" (HP) şirkəti "Windows" platforması ilə işləyən 64 bit "ElitePad 1000" planşetini təqdim edib.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "HP" nümayəndələri deyiblər ki, "ElitePad 1000" planşeti "ElitePad"ın tamamilə dəyişdirilmiş və yenilənmiş modelidir.

Qurğunun pərakəndə satış qiyməti 739 dollar təşkil edəcək. Aparat dördnüvəli "Atom Bay Trail" çipi, "Qualcomm Gobi 4G LTE" şəbəkə modulu, həmçinin 64 və ya 128 QB yaddaş və 1900x1200 piksel təsvir ölçülü 10,1 düymlük ekranla təchiz edilib.
 
"HP"-dən bildirilib ki, planşetin ən mühüm üstünlüklərindən biri 64 bit yaddaş ünvanlanmasıdır. Nəticədə sistemə quraşdırılmış proqramlar 4 QB-dan çox əməli yaddaşla işləyə bilirlər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL