waplog

Bill Qeyts “Microsoft”un səhmlərini niyə satır?


“Microsoft”un həmtəsisçisi Bill Qeyts daha 20 milyon səhmini təxminən 752 milyon dollara satıb. Xatırladaq ki, Qeyts “Microsoft”da CEO  postunu tərk etdikdə demişdi ki, planlı şəkildə şirkətin strukturunda öz payını müntəzəm azaldacaq və xeyriyyəçilik sahəsinə daha çox vəsait xərcləyəcək.

 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda Bill Qeyts “Microsoft”un 338 milyonluq səhminə malikdir. Müqayisə üçün, şirkətin əvvəlki baş direktoru Stiv Balmer hazırda “Microsoft”un 332 milyonluq səhminə malikdir və Qeyts ilə Balmer arasında pay fərqi 4,7 milyon səhmə bərabərdir.
 
Son 10 ildə Bill Qeyts  “Microsoft”un 80 milyon səhmini və ya rüblük 20 milyon səhmini satıb. Qeyts səhmləri bu templə satmağa davam etsə, o zaman cari maliyyə ilinin sonunadək artıq şirkətin ən böyük səhmdarı olmayacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL