waplog

15 il sonra kompüterlər intellekt cəhətdən insanlardan daha ağıllı olacaq


2029-cu ilədək kompüterlər insan dilini öyrənəcək və intellekt cəhətdən insanlardan daha ağıllı olacaq. “Google”un texniki direktoru vəzifəsində çalışan məşhur futuroloq Reymond Kursveylin bəyanatına istinad etmiş “The Independent” nəşri yazıb.

“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, uzun müddətdir süni intellektin yaradılması problemi ilə məşğul olan Kursveyl deyib ki, onun qiymətləndirməsinə görə, kompüterlər 15 il sonra intellekt səviyyəsinə görə insanla bərabər olan “Türinq” testini keçmək bacarığına malik ola biləcəklər. Futuroloq deyib ki, “Apple” və ya “Google”un səs köməkçisini xatırlasaq, onun proqnozu heç də gözlənilməz səslənmir.

Adı çəkilən korporasiyaların böyük resurslarını və vəsaitlərini nəzərə alaraq, süni intellektə malik olan robotların yaranmasını təsəvvür etmək heç də çətin deyil. Hətta robotların insan hisslərini hiss etməsi tamamilə real səslənir.

Reymond Kursveyl nitqin tanınması sistemlərinin yaradıcısı kimi tanınır. Bundan əvvəl onun futuroloji proqnozları artıq həyata keçib. Belə ki, 1990-cı ildə demişdi ki, kompüter 1998-ci ilədək şahmat üzrə  dünya çempionuna qalib gələcək. 1997-ci ildə Harri Kasparov “Deep” kompüteri ilə keçirilmiş oyunda məğlub olub.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL