waplog

“Samsung” şirkəti “Galaxy S5” smartfonunu təqdim edib ( VIDEO)


"Samsung" şirkəti "Mobile World Congress" konfransında "Galaxy S5" smartfonunu təqdim edib.
Barmaq izlərinin skaneri, nəbz ötürücüsü və kamera aparatda ən nəzərəçarpacaq yenilik olub. Bundan başqa, "Galaxy S5" smartfonu sələflərindən fərqli olaraq, toz və sukeçirməzdir.



"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, barmaq izlərinin skaneri "iPhone 5s" smartfonunda olduğu kimi "home" düyməsi ilə birləşdirilib.


"Galaxy S5" ən çoxu üç barmaq izini yaddaşda saxlaya bilər. Barmaq izinin köməyi ilə smartfonu blokdan çıxartmaq və internet mağazalarda alış-veriş əməliyyatlarını təsdiq etmək olar.

Bundan başqa, barmaq izi smartfonun məxfi zonasına giriş üçün açar rolunu oynayır. Orada kənar şəxslərdən gizli saxlamaq lazım gələn fayl və proqramları saxlamaq olar.

"Galaxy S5" smartfonunda nəbz ötürücüsü arxa paneldə kamera obyektivinin alt hissəsində yerləşir. O, barmağın ucundan göstəriciləri "oxuyur". Nəbzin hesablanması proseduru orta hesabla 5-10 saniyə çəkir.
Aparatda əsas kameranın təsvir ölçüsü 16 MP təşkil edir. Kamera 4K təsvir ölçüsündə video çəkə bilir.
Smartfon 1920x1080 nöqtə təsvir ölçülü 5.1 düymlük ekran və 2,5 QHs takt tezlikli "Snapdragon 800" dördnüvəli prosessoru ilə təchiz edilib və "Android 4.4.2" ilə işləyir.

"Galaxy S5" smartfonu aprelin 11-də satışa çıxarılacaq. Qurğunun qiyməti hələ açıqlanmayıb.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL