waplog

“WhatsApp”da zəng etmək mümkün olacaq


"WhatsApp"in yaradıcısı və baş direktoru Barselonada start götürən "Mobile World Congress" sərgisində deyib ki, "Facebook" tərəfindən 19 milyard dollara satın alınmış "WhatsApp" messenceri səs rabitə xidmətini işə salacaq. Hazırda messencer yalnız mesaj yazmağa və foto göndərməyə icazə verir, lakin ikinci rübdə həm də zəng etmək imkanı işə salınacaq.
 
Kum deyib ki, zəng etmək imkanı ilk öncə "Android" və "iPhone" platformalarında işə salınacaq. Bundan sonra funksiya "Windows Phone" qurğularında və "BlackBerry"nin bəzi modellərində əlçatan olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Facebook"un sözügedən messenceri satın alması xəbərindən sonra sosial şəbəkənin səhmləri 2.67 faiz azalıb. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 4,6 milyard dollar azalaraq 168,26 milyard dollar olub.

"WhatsApp" ani mesajlarla mübadilə xidməti 100-dən çox ölkədə istifadə olunur. Tətbiq "iOS", "Android", "BlackBerry", "Symbian", "Windows Phone" və "Nokia S40" platformaları ilə işləyən qurğulara quraşdırılır. Aylıq 465 milyon insan "WhatsApp"dan istifadə edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL