waplog

2018-ci ilin sonunadək planetin hər bir altıncı sakini planşetdən istifadə edəcək


"Research and Markets" analitik şirkətinin yeni tədqiqatına əsasən, planşet bazarının həcmi sürətlə artır: iki il bundan əvvəl planşetlərin nüfuzetmə səviyyəsi 1 faizə bərabərdisə, 2013-cü ilin sonunda bu göstərici beş dəfə artıb.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, ötən il planşet istehsalçıları üçün son dərəcə əhəmiyyətli il olub. 2013-cü ildə bu qurğular bazarının həcmi iki dəfə artıb: 12 ayda dünyada 200 milyondan çox planşet tədarük edilib, istifadəçi bazasının sayı isə 360 milyona çatıb ki, bu da planetin əhalisinin təxminən 5 faizi deməkdir.

Bundan başqa, planşetlər kütləvi məhsula çevrilib: ötən ilin ikinci yarısında ilk dəfə tədarük həcminə görə ənənəvi fərdi kompüterləri ötüblər.

Ekspertlər əmindirlər ki, yaxın gələcəkdə artım sürəti azalmayacaq. Onların proqnozuna əsasən, 2015-ci ildə dünyada planşetlərin nüfuzetmə səviyyəsi 10 faizi ötəcək və 2017-ci ildə 15% səviyyəsində olacaq. Bundan başqa, gözləntilərə əsasən, 2018-ci ilin sonunadək planetin hər altıncı sakini planşetdən istifadə edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL