waplog

Apreldə 6-cı sinif şagirdləri arasında “ALPLogo mühitində proqramlaşdırma - 2014” adlı müsabiqə keçiriləcək


Aprel ayının ikinci yarısında 6-cı sinif şagirdləri arasında "ALPLogo mühitində proqramlaşdırma - 2014" adlı müsabiqə keçiriləcək. Bu barədə məlumat verən "http://www.informatik.az/" saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva bildirib ki, müsabiqə iştirakçılarına 90 dəqiqə ərzində 3 məsələnin proqramını tərtib etmək təklif olunacaq:
 
"Təklif olunan tapşırıqların həlli şagirdlərdən "Logo" dilinin əsas komandaları ilə işləmək bacarıqlarının, məntiqi təfəkkür və həndəsi təsəvvürlərin olmasını da tələb edir. Şagirdlər məsələlərin proqramını kompüterdə "ALPLogo" mühitində yazmalı və müvafiq qovluqda saxlamalıdır. Müsabiqə qalibləri mükafatlandırılacaq. Tapşırıqların örnəkləri "www.informatik.az" saytında və "Facebook" şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda yerləşdiriləcək".
 
 
Onu da qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq 5-ci siniflər üçün "Bakı" nəşriyyatı tərəfindən "ALPlogo" proqramlaşdırma mühiti yaradılıb və "İnformatika" dərslik komplektinə əlavə edilib. "Logo" dili 5-7-ci sinif şagirdlərində yaradıcı təfəkkürün və məsələ həll etmək bacarıqlarının inkişafına böyük köməklik göstərir. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində "Logo" dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir. "ALPLogo" proqramının ən mühüm xüsusiyyəti odur ki, proqramda "Bağa" üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər. Sistem hər üç dili qəbul edir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL