waplog

“Gorilla Glass” istehsalçısı sapfir şüşəni tənqid edib


“iPhone”, “Galaxy S4”, “HTC One” və başqa cihazları zərbə və cızıqlardan qorumaq üçün “Gorilla Glass” şüşəsinin istehsalçısı “Corning” şirkəti sintetik sapfirdən hazırlanan şüşəni tənqid edib. “Corning” şirkətinin baş vitse-prezidenti Toni Tripeninin sözlərinə görə, sapfir şüşə xeyli çatışmazlıqlara malikdir.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "sapfir şüşənin qiyməti təxminən 10 dəfə bahadır, çəkisi 1,6 dəfə ağırdır. Ekologiya üçün yararlı deyil. Onun istehsalına “Gorilla Glass” şüşəsi ilə müqayisədə 100 dəfə daha çox elektrik enerjisi sərf olunur. Cızıqlara qarşı davamlı olmasına baxmayaraq, əvvəlki kimi çatlaya bilər. Keçirdiyimiz sınaqlar əsasında söyləyə bilərik ki, “Gorilla Glass” şüşəsi sapfir şüşə ilə müqayisədə 2.5 dəfə daha artıq təzyiqə davamlıdır" – “Morgan Stanley” bankı tərəfindən təşkil edilmiş konfransda Tripeni deyib.

Hazırda “Apple” şirkəti “iPhone 5S” smartfonunda kameranın obyektivi və "Home" düyməsinə “Touch ID” daktiloskopik ötürücüsü üçün sapfir şüşədən istifadə edir. Ötən ilin noyabrında isə cihaz istehsalçısı  sintetik sapfir şüşə istehsalı üzrə zavoda 500 milyon dollar məbləğində sərmayə yatırıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL