waplog

“Aztelekom” ADSL internet istifadəçilərinə xəbərdarlıq edir


Son bir ay ərzində “Aztelekom” İstehsalat Birliyinin sorğu xidmətinə genişzolaqlı ADSL internet istifadəçiləri tərəfindən çoxsaylı şikayətlər daxil olmaqdadır.
 
Müraciətlərə səbəb hakerlər tərəfindən yazılmış mikroproqram vasitəsilə şəbəkəyə qoşulmuş, xüsusilə TP-Link və digər ADSL modemlərin şifri (password) və DNS IP ünvanlarının avtomatik dəyişdirilərək istifadəçilərin internetə çıxışının məhdudlaşdırılmasıdır.
 
“Aztelekom” İB ADSL internet istifadəçilərini xəbərdar edir ki, haker hücumlarının qarşısının alınması və aparat təminatının təhlükəsizliyini təmin etmək məqsədilə ADSL modemlər veb-səhifədə (aztelekom.net)  yerləşdirilmiş videodərslik təlimatına uyğun konfiqurasiya edilməlidir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL