waplog

“Apple”ın keçmiş rəhbəri Hindistanda “Android” smartfon istehsal edəcək


1983-1993-cü illərdə "Apple" korporasiyasına rəhbərlik etmiş Con Skalli smartfonların istehsalı üzrə yeni brend buraxmağı planlaşdırır. Layihənin maliyyələşdirilməsi ilə Sinqapurda yerləşən "Inflexionpoint" (Skalli onun investorlarından biridir) şirkəti məşğul olacaq.

Hesab edilir ki, gələcək firmanı Adjey Şarma idarə edəcək. Hazırda o, "Micromax" mobil bölməsinin başçısıdır, əvvəllər "HTC" şirkətinin Hindistan bölməsinə rəhbərlik edib.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yeni şirkət bazarda bir neçə smartfon və mobil telefon modeli təqdim etmək niyyətindədir, birinci qurğular artıq apreldə satışa çıxarıla bilər.

İlkin məlumatlara görə, smartfonların qiyməti 80-250 dollar arasında təşkil edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL