waplog

M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş marka çap olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar poçt markası buraxıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, 200 min tirajla buraxılan markanın üzərində Azərbaycan bayrağı və M.Ə.Rəsulzadənin şəkli təsvir olunub. Markanın nominal dəyəri 20 qəpik təşkil edir.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabr ayının 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL