waplog

MHM fevral ayında ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.02.2014 - 28.02.2014-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan "Telefon nömrəsi üzrə axtarış” xidməti fevral ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 52358 giriş olub.
 
Daha 9 elektron xidmətin daxil olduğu siyahıda Dövlət Sosial Müdafiə Fondunun 6 xidmətinin -  "Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı " (4530), “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (4456), "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (2984), “Sığortaolunanın onlayn uçota alınması” (1856), "Pensiya kalkulyatoru" (1725),” Pensiyaçıya məlumatların verilməsi” (1708),  Əmlak Məsələləri Dövlət Komitəsinin  "Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu" (875), Təhsil Nazirliyinin "Diplomlar haqqında məlumatlar" (679)  və Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı" (608) elektron xidmətlərin adları var.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL