waplog

Mobil operator tələbə gənclər üçün təcrübə platforması yaradacaq



Təhsil, elm və innovasiyalara böyük önəm verən “Nar Mobile” mobil operatoru “Enactus” (Enterpreunial. Action. Us.) proqramı ilə yeni əməkdaşlıq haqqında müqavilə imzalayıb. 2014-cü ildə daha böyük hədəflərə çatmaq, yeni əməkdaşlığa başlamaq və cəmiyyətə daha çox effektiv təsir etməyi planlaşdıran “Enactus” üçün Azərbaycanın ən böyük telekommunikasiya şirkətlərindən olan “Nar Mobile” ilə tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.
 
 
Qeyd edək ki, 39 ölkədən olan 57 000 tələbə və 1600-dən artıq komandanın qatıldığı “Enactus” proqramı 2006-cı ildən etibarən Azərbaycanda da fəaliyyət göstərir. Bu il 14 universitet komandası və təqribən  550-dən artıq tələbənin iştirakı ilə təşkil olunacaq “X Enactus” Milli Yarışı böyük maraq doğurur. “Enactus” proqramı çərçivəsində tələbələrin yaratdıqları komandalar öz fikir və ideyalarını işgüzar mühitlə bölüşürlər və bu layihələr insanların həyat standartlarının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Bu layihələrdə tələbələr bazar iqtisadiyyatı, liderlik xüsusiyyətləri, maliyyə uğuru ilə biznes etikası kimi özlərinə, cəmiyyətə və ölkələrinə fayda verən nəzəriyyələri öyrənir və öz təcrübələrini bölüşürlər.
 
 
Bu təşəbbüsə həvəslə qatılan “Nar Mobile” mobil operatoru tələbələrə, ölkə gənclərinə yeni ideyalarla çıxış etmələri, iş təcrübəsi toplamaları və özlərini doğrultmaları üçün mükəmməl bir platforma yaradır. Beləliklə, tələbələr özlərini biznes mühitində hiss edərək mobil operatorun gündəlik iş fəaliyyətinə öz töhfələrini verəcəklər və onların arasından seçilən ən istedadlı gənclər gələcəkdə “Nar Mobile” mobil operatorunda işlə təmin olunmaq fürsəti əldə edəcəklər.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL