waplog

“Samsung” 2013-cü ildə Avropada patentləşdirmənin həcminə görə lider olub


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ən böyük smartfon istehsalçısıdır. Lakin hazırda şirkət, həmçinin patentləşdirmənin həcminə görə Avropada lider olub və öz rəqiblərini bu göstərici üzrə 10 dəfə ötüb. Avropa Patent İnformasiya İdarəsinin məlumatlarında bu barədə qeyd olunub.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Samsung” artıq ikinci il ardıcıl Avropanın patent siyahısında liderdir. Ötən il şirkət Avropada 2800-dən çox patent üçün müraciət təqdim edib. “Apple” patent müraciətinə görə Avropada 66-cı yerdə qərarlaşıb. Xatırladaq ki, ötən il 50-ci olub.

Həmçinin qeyd edək ki, ötən il “Google” şirkəti patent müraciətlərinin həcmini sürətlə artırıb: 2013-cü ildə internet nəhəngi ABŞ-da patent üçün 2000-dən çox müraciət təqdim edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL