waplog

Gənclərin elmi ədəbiyyata informasiya tələbatını təmin etmək məqsədilə elmi-biblioqrafik göstərici hazırlanacaq


AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) gənclər arasında elmi ədəbiyyatın təbliği istiqamətində qrant layihəsi həyata keçirilir. Kitabxananın əməkdaşı, doktorant Natiq Mürsəlovun rəhbərliyi ilə reallaşan “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
 
MEK-dən bildirilib ki, layihə çərçivəsində gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onların elmi ədəbiyyata informasiya tələbatını təmin etmək məqsədilə elmi-biblioqrafik göstəricinin hazırlanması nəzərdə tutulur. “Elmin innovativ inkişafının informasiya təminatı” adı ilə nəşr olunacaq elmi-biblioqrafik göstəricidə bütün elm sahələri üzrə mövzu aktuallığı ilə əhəmiyyət kəsb edən, müstəqillik dövründə Azərbaycanda nəşr edilən və AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda saxlanılan, elmi ədəbiyyatın annotasiyası ilə təqdim olunacaq.
 
 
Qeyd edək ki, layihəyə bu ilin 31 mart tarixində yekun vurulacaq.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL