waplog

“Rabitə” ulduz voleybolçu ilə müqavilə bağladı


Martın 15-16-da Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”na hazırlaşan “Rabitə” yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir.

Son illərin dəyişməz ölkə çempionu toppaylayıcılar Katarjina Skorupa və Nutsara Tomkomun ardından ulduz voleybolçu Katarjina Skovronska ilə müqavilənin müddətini uzadıb.

Mövsümün əvvəlində Çinin “Quançjou Everqrand” klubundan transfer olunan polşalı universal oyunçu növbəti 1 ildə də “Rabitə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, bu voleybolçulardan öncə blokçu Foluke Akinradevo və libero Brenda Kastillonun da Bakı klubunda qalacağı məlum idi. Skovronska ilə müqayisədə isə Skorupa və Tomkomla müqavilə 2 illik uzadılmışdı.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL