waplog

Azərbaycanın iki universiteti arasında növbəti onlayn bağlantı baş tutub


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın  Naxçıvana səfəri çərçivəsində əldə olunan  razılığa əsasən, hər həftə Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında Amerikanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə və s. mövzulara həsr olunan onlayn bağlantı həyata keçirilir.

NDU-dan verilən məlumata görə, bu həftə  keçirilən onlayn bağlantı isə Amerika cəmiyyəti, dəyərləri və mədəniyyəti mövzusuna həsr olunub və ingilis dilində aparılıb. Tələbələr mövzunu böyük maraqla qarşılayıblar. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin müavini Derek C.Hoqan Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında keçirilən onlayn bağlantıda məruzə edib. Cənab Derek C.Hoqan Amerika cəmiyyəti, mədəniyyəti və dəyərləri haqqında geniş məlumat verib.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov onlayn bağlantıda iştirak edərək, təhsil sisteminə inteqrasiya baxımından Amerika ilə beynəlxalq tərəfdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.

Cənab Derek C.Hoqan dinləyicilərlə muxtar respublika haqqında təəssüratlarını bölüşüb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin müavini Derek C.Hoqan Naxçıvan Dövlət Universitetində səfərdə olduğu zaman universitetin elektron kitabxanasında, kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış elektron oxu zalı və digər şöbələri ilə tanış olub. Eyni zamanda, sorğulara operativ cavab almaq və virtual sifariş vermək üçün nəzərdə tutulmuş elektron informasiya köşkü ilə, eləcə də elektron kataloq sisteminin, kitabların tammətnli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanıb, İnternet Mərkəzində universitetin müəllim və tələbələrinin internetdən istifadəsi üçün yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələrin də qatıldığı canlı bağlantı diskussiya şəklində təşkil olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL