waplog

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə onuncu siniflər arasında sınaq olimpiadası keçirilib



Aprelin 19-da Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəbləri arasında fizika, riyaziyyat və informatika olimpiadası keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun təşkilatçılığı ilə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə onuncu siniflər arasında sınaq olimpiadası keçirilib. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiadanın sualları institutun pedaqoji təcrübəsi olan əməkdaşları tərəfindən hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutundan verilən məlumata görə, imtahanın keçirilməsində fizika elmləri namizədi Bəxtiyar İzzətov, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və elmi işçilər Şəhla Əliyeva, Səidə Məmmədova iştirak ediblər. Sınaq olimpiadasının nəticəsinə əsasən, Abdullah Camalov, Müşfiq Əlizadə, Mirzəbaba Ağayev, Tural Əliyev, Röyal Allahverdiyev, Zeynal Zeynalov, Albina Babayeva, Natiq Ağayev və İqbal Rufullayev aprelin 19-da Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəbləri arasında keçiriləcək olimpiadada iştirak edəcəklər.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL