waplog

Rabitəçi idmançılar beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil ediblər


“Rabitə idman klubu”nun boksçuları fevral-mart aylarında beynəlxalq turnirlərdə iştirak ediblər.
 
Klubdan verilən məlumata görə, fevralın 19-dan 23-dək Rusiyanın Anapa şəhərində keçirilən beynəlxalq boks turnirində Məsud Yusifzadə 52 kq çəki dərəcəsində III yeri tutaraq bürünc medala layiq görülüb.
 
Martın 5-dən 10-dək Almaniyanın Hamburq şəhərində qadınlar arasında keçirilən beynəlxalq boks turnirində isə klubun qadın boksçuları uğurla çıxış ediblər. Belə ki, Anaxanım Ağayeva 51 kq çəki dərəcəsində, Alina Hacıyeva 80 kq çəki dərəcəsində II yerə çıxaraq gümüş medala, Məryəm Cəbrayılova 60 kq çəki dərəcəsində III yerə layiq görülərək bürünc medala sahib olub.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL