waplog

“Apple” 8 QB-lıq “iPhone 5c” smartfonunun satışlarına başlayıb


“Apple” şirkəti Böyük Britaniyada 8 QB-lıq “iPhone 5c” smartfonunun satışlarına başlayıb. Ucuz smartfonun yeni versiyası haqqında informasiya Britaniyanın “O2” operatorunun saytında yerləşdirilib. Aparatın qiyməti 409,99 avro təşkil edəcək ki, bu da smartfonun 16 QB-lıq versiyası ilə müqayisədə 60 avro ucuzdur.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, smartfonun başqa xarakteristikaları sələfinin spesifikasiyasına uyğun gəlir. Şirkət 8 QB-lıq “iPhone 5c” smartfonunun buraxılmasını sözügedən modelin satış həcminin aşağı olması ilə izah edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL