waplog

AMİU-da “Active Directory Real LAB” seminarı keçiriləcək


Aprelin 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Active Directory Real LAB” seminarı təşkil olunacaq.

Universitetdən verilən məlumata görə, laboratoriya əsaslı bu seminarda iştirakçılar əldə edəcəkləri nəzəri bilikləri birbaşa tətbiq etmək imkanına malik olacaqlar. Ödənişsiz olaraq həyata keçiriləcək seminar “Windows Server 2012 R2 – Activ Directory” arxitekturası, dizayn və tətbiq metodları, DC sazlanması, ADC sazlanması, “Operations Master” rollar haqqında, “Migration (2008R2-2012R2)”, seizing və demoting mövzularını əhatə edəcək.

İştirakçılardan seminara kompüterlərini gətirmək tələb olunur. Kompüterlər 4 GB-lıq RAM-a malik olmalı, disk üzərində 80 GB boş sahə olmalı, qurğu 64 bit platformanı dəstəkləməlidir.

Qeydiyyat üçün ad və soyadı, eləcə də Əməliyyat Sistemi (növü), RAM (həcmi) və CPU (model) məlumatlarını “seminar@technet.az” elektron poçt ünvanına göndərmək lazımdır.
Qeyd edək ki, məruzəçilər qismində Elgüc Yusifbəyli və Turqut Vəliyev çıxış edəcəklər.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL