waplog

Dünyada ilk “Cybathlon” 2016-cı ilin oktyabrında İsveçrədə keçiriləcək



2016-cı ilin oktyabrında İsveçrədə dünyada ilk “Cybathlon” (bionik atletlər arasında Olimpiya oyunları) keçiriləcək. Olimpiadada beyin interfeysi vasitəsilə idarə olunan avatar yarışı kimi qeyri-ənənəvi idman növləri yer alacaq. Həmçinin əl-ayağı protez olan və ekzo-skeletlərə malik insanlar mübarizə aparacaqlar.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yarışları İsveçrənin Milli Tədqiqat və Təcrübə Mərkəzi keçirəcək. Bildirilir ki, “Cybathlon” məhdud fiziki imkanlara malik insanların sürətini yüksəldən texnologiyalara marağı artırmalıdır.

İflic olmuş insanların virtual avatarlarla işləyə bilməsi üçün hazırda "beyin-kompüter" sinfinə məxsus interfeyslər layihələşdirilir. Təşkilatçılar hər bir mükafat yeri üçün iki medal (biri qurğunu idarə edən insana, ikincisi isə istehsalçılar komandasına) təqdim edəcəklər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL