waplog

Azərbaycanda aqrar sahə üzrə informasiya bazası yaradılacaq


Azərbaycanda aqrar sahənin müvafiq göstəricilərini əks etdirən informasiya bazası yaradılacaq. Təxminən 1 il sonra yaradılacaq bu bazanın əsasını dövlət əhəmiyyətli mühüm tədbir hesab edilən “Kənd təsərrüfatının siyahıyaalınması” formalaşdıracaq.


 Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsi vacibdir.  2015-ci ildə keçiriləcək “Kənd təsərrüfatı siyahıyaalınması” mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edəcək:


 “2015-ci ildə siyahıyaalmanın keçirilməsi qaydalarını, tətbiq olunacaq sənədləri və məlumatların işlənməsi üzrə proqramı sınaqdan keçirmək məqsədilə Nazirlər Kabinetinin “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” qərarına uyğun olaraq, Quba rayonunda 2014-cü il iyunun 1-i vəziyyətinə sınaq siyahıyaalmanın keçirilməsi nəzərdə tutulur. Sınaq siyahıyaalınması maliyyə imkanları nəzərə alınmaqla rayon üzrə 2000 təsərrüfatda keçiriləcək. Siyahıyaalma nəticəsində əldə ediləcək məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planları və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, habelə statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılmasına imkan verir”.



Hesab edilir ki, yaradılan informasiya bazası nəticə etibarilə iqtisadiyyatın inkişafına təkan verəcək.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL