waplog

“Surface” planşetləri “Windows 8” əsasında işləyən qurğular arasında populyarlaşır


“Microsoft” şirkətinin “Surface” planşeti çox vaxt uğursuz məhsul kimi təsvir edilir. Mənbələr bildirir ki, redmond şirkət artıq bu məhsulun marketinq bazarına 900 milyon dollar xərcləyib. Anbarlarda saxlanılmış planşet ehtiyatlarını “təmizləmək” üçün onun dəyərini azaldıb. Son informasiyaya əsasən, atılmış bu addım, nəhayət ki, uğur gətirib, belə ki, bazarda planşetin bazar payı artmağa başlayır.

“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, bu il martın 27-də “AdDuplex” şirkəti tərəfindən hazırlanmış statistikaya əsasən, “Windows 8” ilə işləyən qurğu bazarında “Windows RT” əməliyyat sistemli “Microsoft Surface” planşet kompüterlərinin bazar payı 14,2 faiz təşkil edir.
“Surface”dən sonrakı yerdə “HP 2000” noutbukunun modeli qərarlaşıb ki, “Windows 8” bazarında bu qurğunun payı 3 faizdir. “Surface” planşetinin ikinci nəslinə gəlincə, bazar payı 1,7 faiz təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL