waplog

“Xiaomi” birinci rübdə 11 milyon smartfon tədarük edib


“The Next Web” nəşri yazır ki, Çinin “Xiaomi” şirkəti 2014-cü ilin birinci rübündə 11 milyon smartfon tədarük edib. 2013-cü ildə şirkət 18,7 milyon qurğu satıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Xiaomi” şirkətinin direktoru Ley Cun deyib ki, 2014-cü ildə smartfonların tədarük həcmi 40 milyona çata bilər, lakin şirkətin direktoru proqnoza dəyişiklik edərək bu göstəricinin 60 milyona çatacağını deyib. Nəşr yazır ki, belə artım tempi “Xiaomi” şirkətinin qlobal bazara çıxması ilə izah edilir. Şirkət məhsulunu Honkonq, Tayvan və Sinqapur bazarlarına satışa çıxarıb.

“Xiaomi” şirkətinin beynəlxalq siyasətini “Google”un keçmiş top-meneceri Hyuqa Barra həyata keçirir. Şirkətin Cənub-Şərqi Asiya bazarlarında öz fəaliyyətini genişləndirəcəyi gözlənilir. Həmçinin təxmin edilir ki, “Xiaomi” Hindistan və Latın Amerikası bazarlarını araşdırır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL