waplog

Mark Zukerberqin maaşı nə qədərdir?


“Facebook”un baş direktoru Mark Zukerberqin maaşı 1 dollar təşkil edir. “Facebook”un rəhbəri və ABŞ-ın varidatına görə 22-ci ən zəngin insanı 2013-cü ildə 1 dollar maaş alıb.

“Facebook”un Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim etdiyi hesabatda bu məlumatlar yer alıb. Xatırladaq ki, “Facebook” şirkəti IPO-ya çıxarılmamışdan öncə Zukerberqin maaşı 503512 dollar olub.

Qeyd edək ki, ildə 1 dollar məbləğində maaş Silikon vadisində fəaliyyət göstərən bir çox böyük şirkətlər üçün simvolik jestdir. Belə ki, zamanında Stiv Cobs öz maaşını 1 dollaradək azaltmışdı. Ötən il “Google”un həmtəsisçiləri Larri Peyc və Serqey Brin də eyni məbləğdə maaş alıblar.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Bloomberg Billionaires Index” reytinqinə əsasən, hazırda Zukerberqin varidatı 27 milyard dollar həcmində qiymətləndirilir, lakin bu məbləğin çox hissəsi “Facebook”un səhmi şəklindədir. Hazırda Zukerberq şirkətin  səhmlərinin 61,6 faizinə sahibdir. Ötən il “Facebook”un səhmlərinin qiyməti təxminən iki dəfə, həmçinin şirkətin yaradıcısının varidatı artıb. 29 yaşlı Zukerberq xeyriyyəçiliklə aktiv məşğul olur, həmçinin qlobal miqyasda “Internet.org” qeyri-kommersiya qrupu çərçivəsində internetə çıxışın təmin edilməsi ilə bağlı qeyri-kommersiya təşəbbüsləri ilə çıxış edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL