waplog

GİS texnologiyaları vasitəsilə Abşeronda neftlə çirklənmiş landşaftların xəritələri tərtib olunub


“Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” mövzusunda aparılan tədqiqat işləri artıq yekunlaşıb. Sahə xəritələşdirilməsi nəticəsində, bir neçə xəritə GİS texnologiyaları vasitəsilə tərtib olunub.

Bunlar müasir landşaftları 1:100 000 miqyaslı dəqiq xəritəsi və ilk dəfə Abşeron yarımadasının ümumi geokimyəvi-landşaft xəritəsi ilə (miqyas 1:100 000) Balaxanı-Sabunçu-Ramana ərazisinin geokimyəvi-landşaft (miqyas 1:10 000) xəritəsidir. Eyni zamanda ilk dəfə Abşeron yarımadasında 24 müxtəlif ərazidən götürülmüş torpaq, su, bitki, ana dağ süxurları və dib çöküntülərinin mikroelement tərkibi analiz olunub və nəticələrinin məlumat bazası yaradılıb. AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xanım Rzazadənin sözlərinə görə, onların əsasında elementlərin konsentrasiya klarkları, bitkilər üçün isə bioloji udulma əmsalı hesablanıb.
Hesablamalar nəticəsində hər bir konkret sahə üzrə defisit, ya da izafi olan elementlər təyin edilib.

Qeyd edək ki, sözügedən layihə 2012-ci ildə ARDNŞ-in nəzdində olan Elm Fondu tərəfindən elmi tədqiqatlara dəstək kimi  ayrılmış qrant layihəsinə uyğun olaraq həyata keçirilib.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL