waplog

Dünyanın ən güclü noutbuku nümayiş etdirilib


"Eurocom" şirkəti dünyanın ən güclü "M4" noutbukunu təqdim edib. 13.3 düymlük ekranın təsvir ölçüsü 3200×1800 nöqtə təşkil edir, 2 QB yaddaşa malik "NVIDIA GeForce GTX 860M" qrafika kartı quraşdırılıb. Qurğu 3,1 QHs takt tezlikli son nəsil dördnüvəli "Intel Core i7" prosessoru ilə təchiz edilib.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Eurocom M4" noutbuku  16 QB-dək əməli yaddaş və ümumi həcmi 3.5 TB-dək 3-dək daşıyıcının quraşdırılmasını dəstəkləyir.
Əməliyyat sistemi kimi "Windows 7" və ya "Windows 8.1" təklif edilir, həmçinin öncədən quraşdırılmış ƏS-dən imtina etmək olar. Qurğunun çəkisi batareya ilə birgə 2 kq təşkil edir, ölçüləri 330×227×31,9 mm-ə bərabərdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL