waplog

2013-cü ildə “yaşıl” energetika sahəsinə yatırılan investisiya azalıb


“Bloomberg New Energy Finance” və BMT-nin Ətraf Mühit üzrə Proqramı tərəfindən hazırlanmış “Global Trends in Renewable Energy Investment 2014”  tədqiqat materialına əsasən, 2013-cü ildə bərpa olunan energetika sahəsinə qlobal investisiyaların həcmi 14 faiz azalıb, lakin ötən il "təmiz" elektrik enerjisinin generasiyası artmağa davam edib.
 
Hesabata əsasən, “yaşıl” energetika sahəsinə yatırılan investisiyaların həcmi artıq ikinci ildir ardıcıl azalır. Bu, investorların marağının azalmasına görə deyil, əsasən texnologiyaların ucuzlaşması ilə izah edilir.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin sonuna olan məlumata görə, generasiyanın 8.5 faizi bərpa olunan energetikanın payına düşüb. Ötən il bu göstərici 7,8 faiz olub. Pul baxımından bərpa olunan generasiya güclərinin payı  214,4 milyard dollar olub ki, bu da 2011-ci illə müqayisədə 23% azdır.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL