waplog

“Oppo Find 7a” smartfonu nümayiş etdirilib


Çinin “Oppo” şirkətindən bildirilib ki, yeni “Oppo Find 7a” smartfonunu beynəlxalq bazara çıxararaq ABŞ və Avropa sakinlərindən ilkin sifarişlərin qəbuluna başlayır.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, istehsalçı aparatın qiyməti 399 avro (ABŞ-da 499 dollar) məbləğində qiymətləndirilib.
 
Xatırladaq ki, “Oppo Find 7a” smartfonu cari ilin martında rəsmən nümayiş etdirilmiş qabaqcıl “Oppo Find 7” smartfonunun sadələşdirilmiş versiyasıdır. “Oppo Find 7a” smartfonu 5,5 düymlük “Full HD” formatlı ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB-lıq daxili yaddaşla təchiz olunub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL