waplog

GUAM-ın informasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası keçirilib


 Aprelin 7-də Tbilisidə Gürcüstan tərəfin sədrliyi ilə informasiya texnologiyaları üzrə işçi qrupunun dördüncü iclası keçirilib. İclasda GUAM-ın iştirakçıları olan dövlətlərin və təşkilatın Katibliyinin nümayəndələri iştirak ediblər.


Bu barədə AzərTAc-a GUAM-ın Kiyevdəki mənzil-qərargahından məlumat verilib.

İclas iştirakçıları qanunvericiliyin təkmilləşdirilməsi, statistik məlumatlar, makrogöstəricilər və bu sahədə reallaşdırılan layihələr üzrə sistemli informasiya mübadiləsi məsələlərini, GUAM-ın Sahəvi Əməkdaşlığın İnkişafı Strategiyasının həyata keçirilməsi istiqamətində təşkilatın iştirakçıları olan dövlətlər arasında əlaqələr mövzusunu, informasiya texnologiyaları sahəsində mümkün yeni layihələri müzakirə ediblər.

Tərəflər elm və təhsil, informasiya texnologiyaları üzrə işçi qrupların distant təhsilin inkişafı mövzusunda birgə iclasının keçirilməsi, eləcə də beynəlxalq sahəvi tədbirlərdə iş zamanı GUAM-ın iştirakçıları olan dövlətlər arasında mövqelərin uyğunlaşdırılması üzrə əlaqələndirmə fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL