waplog

“Google Glass” smart eynəyindən tibb sahəsində də istifadə edilir


Həkim “Google”un “ağıllı” eynəyinin köməyi ilə xəstənin həyatını xilas  etdikdən sonra sözügedən cihaz Boston klinikasında işləyən həkimlərin daimi avadanlığına çevrilib. Bu haqda “The Boston Globe” qəzetinə istinadən “TJournal” yazıb.
 
Məlumata əsasən, yanvarda Bostonda yerləşən “Beth Israel doctor”  tibb mərkəzinin əməkdaşlarından biri Stiven Xornq “Google Glass”ın köməyi ilə xəstənin həyatını xilas edib. Beyindaxili qanaxma aşkarlanmış xəstə Xornqa deyib ki, onun təzyiqi aşağı salan bəzi preparatlara qarşı allergiyası var, lakin onların adını yada sala bilməyib. Həkim vaxta qənaət etmək üçün tibbi karta və ya klinikanın kompüterindəki məlumatlara müraciət etməyib. Xornq pasiyent haqqında informasiyanı “Google Glass” ekranına çıxararaq onun həyatını xilas edib.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, martda “Beth Israel” klinikasında “Google” eynəyindən istifadə nəzərəçarpacaq dərəcədə genişlənib: cihazdan gündəlik tibbi xidmətdə istifadəyə başlanılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL