waplog

Beynəlxalq Telekommunikasiya İttifaqı innovativ sahibkarların axtarışına başlayıb


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) “Gənc innovatorlar – 2014” müsabiqəsini elan edib. Artıq 4-cü dəfə keçirilən müsabiqənin məqsədi dünyanın hər yerində istedadlı gənc mütəfəkkirlərin, innovativ sahibkarların axtarışı, onlara dəstək verilərək sosial tərəfdaşlar tapmaqdır.
 
BTİ-nin məlumatına görə, müsabiqə qaliblərinə öz yenilikçi ideyalarını, layihələrini 2014-cü ilin dekabr ayında Dohada keçiriləcək və dünyanın nüfuzlu İT mütəxəssislərini bir araya gətirəcək “ITU TelecomWorld-2014” konfransında nümayiş etdirmək imkanı yaradılacaq.
 
 BTİ-nin 4-cü illik müsabiqəsinə əsasən, dünyanın müxtəlif ölkələrini təmsil edən 18-30 yaşlı gənc, innovativ sahibkarlar “start-up” və ya ilkin anlayışlar şəklində rəqəmli, innovativ texnoloji həllərlə dünyanı dəyişdirməyin yollarını axtarırlar. Qlobal rəqəmli inkişaf həllərinin axtarışında olan 2 layihə müəllifi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qalib olaraq müəyyənləşdiriləcək. Müxtəlif istiqamətləri əhatə edən müsabiqənin ilk turunun əsas tapşırığı “Lokal rəqəmli kontent” mövzusundan ibarətdir.
 
Bu istiqamət üzrə Ekspertlərin Seçmə Komitəsi “ITU TelecomWorld -2014”-ə dəvət ediləcək iki qalibi müəyyənləşdirəcək. Həmçinin layihə müəlliflərinə startuplar üçün ilkin maliyyələşmə şəklində 10.000 ABŞ dolları pul mükafatı təqdim ediləcək. Layihələrin ilkin təqdimatı üçün son tarix mayın 30-da başa çatacaq. Qaliblər 7-10 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək “ITU TelecomWorld -2014”-də mükafatlandırılacaqlar.
 
 
Qeyd edək ki, müsabiqənin digər təşkilatçısı “ITU TelecomWorld -2014” konfransına dəstək verən Qətərin “Ooredoo” şirkətidir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL