waplog

“3D” ekranla təchiz edilmiş smartfon nümayiş etdiriləcək


“Amazon” şirkətinin istehsalı olacaq smartfonun ekranı üçölçülü təsvir (3D) texnologiyasını dəstəkləyəcək, yəni görüntünü xüsusi eynəksiz izləmək mümkün olacaq.
 
“ICTnews” elektron xəbər xidməti “naked-science.ru” saytına istinadən bildirir ki, “Wall Street Journal” nəşrinin məlumatına görə, cari ilin ikinci yarısında dünyanın ən böyük internet riteyleri “Amazon” şirkəti üçölçülü təsvir texnologiyasını dəstəkləyən smartfonunu buraxmağa hazırlaşır. İstifadəçilər təsviri xüsusi eynəksiz görə biləcəklər.
 
Məlumata əsasən, “Amazon” şirkəti öz smartfonunu cari ilin iyununda nümayiş etdirəcək.
 
“Amazon” şirkəti məhsul və xidmətlərin internet üzərindən satışından başqa, həmçinin elektron kitabları oxumaq üçün “Kindle” və “Kindle Fire” cihazlarını istehsal edir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL