waplog

“Google” şirkəti “Titan Aerospace” pilotsuz uçuş təyyarə istehsalçısını satın alıb


Dünən “Google” şirkəti “Titan Aerospace” pilotsuz uçuş aparatlarının istehsalçısını satın almasını bəyan edib. Bir neçə gün bundan əvvəl  yayılmış məlumata görə, “Facebook” şirkəti “Titan Aerospace”in satın alınması haqqında danışıqlar aparır. Həm “Google”, həm də “Facebook” hazırda planetin çətinliklə gedilə bilən rayonlarını internet çıxışla təmin etmək istəyirlər.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google” sazişin dəyərini açıqlamır, lakin bildirilir ki, şirkətin texnologiyası və uçuş aparatları məlumatın toplanılması və  ucqar regionlarda yaşayan istifadəçilərin internetə çıxışını təmin etmək üçün istifadə ediləcək. Xatırladaq ki, “Titan Aerospace” şirkəti uzun müddət (1 ilədək) havada dayana bilən günəş batareyaları ilə işləyən dronlar istehsal edir.
 
Sazişin şərtlərinə əsasən, “Titan Aerospace” şirkəti və onun 20 əməkdaşı Nyu-Meksika ştatında yerləşən ofisində fəaliyyətini davam etdirəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL