waplog

Yeni poçt şöbələri istifadəyə veriləcək


“Azərpoçt” MMC tərəfindən yaxın günlərdə Tərtər rayonunun Küçərli, Kürdəmir rayonunun Qarabucaq, Ağstafa rayonunun Stansiya Poylu, Quba rayonunun 1 saylı poçt şöbələri istismara veriləcək.
 
Müəssisədən verilən məlumata görə, poçt şöbələri yeni korporativ üslubda tikilib, müştərilər üçün zəruri olan məlumat və müasir avadanlıqlarla təchiz edilib.
 
Poçt şöbələri müştərilərə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank və maliyyə xidmətləri, valyutadəyişmə, o cümlədən təcili pulköçürmələri xidməti də təklif edəcək.
Əhalinin rahatlığını təmin etmək üçün şöbələrdə şəhərlərarası danışıq rabitəsi də təşkil ediləcək.

Məlumat üçün bildirək ki, hazırda “Azərpoçt”un 1600 poçt şöbəsi var.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL