waplog

“Samsung”un özünü “Apple”ə oxşatmaq istəyi uğursuz oldu


İlk baxışdan “Samsung Galaxy S5”-in  barmaq izləri skanerinin kifayət qədər təhlükəsiz olduğu görünür.
 
Bu yaxınlarda təhlükəsizlik araşdırmalar laboratoriyasının (SRLABS) “YouTube” videoportalında yerləşdirdiyi videoda “Galaxy S5”-in barmaq izləri skanerinin asanlıqla sındırılması nümayiş olunur. Oğurlanmış əl izinin köməyi ilə saxtasını düzəltmək mümkündür. Qeyd edək ki, şirkət “iPhone 5S Touch ID” sistemini keçmək üçün bu üsuldan istifadə edib.
 
“ICTnews” elektron xəbər xidməti “qwrt.ru” saytına istinadən bildirir ki, lakin hər iki skanerdən istifadə etməzdən və telefonu blokdan çıxartmazdan əvvəl “Touch ID” sistemi parol daxil etməyi tələb edir. Bundan başqa, hər dəfə “İphone 5s” smartfonunu yenidən yüklədikdə yenidən parol daxil etmək lazımdır. “Galaxy S5” smartfonunda belə əməliyyat nəzərdə tutulmayıb.
 
Sonuncuda, hətta yenidən yükləmədən sonra “Paypal” ödəniş sistemi parol tələb etmir. Bu isə çox təhlükəlidir.
 
Emil Hüseynov
 
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL