waplog

“Sony” şirkəti dörd ay ərzində 7 milyon “Playstation” oyun konsolu satıb


"Sony" şirkəti dörd ay bundan əvvəl təqdim edilmiş "PlayStation 4" oyun konsolunun satış nəticələrini açıqlayıb. Belə ki, ötən müddət ərzində 7 milyondan çox oyun konsolu satılıb. "PlayStation 3" oyun konsolu ilə müqayisədə satışların həcmi iki dəfə artıb.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, aprelin 13-nə olan məlumata görə, həmçinin 20.5 milyon video oyun satılıb. 2014-cü ilin sonunadək oyun həvəskarlarının ixtiyarına 120 müxtəlif oyun təklif ediləcək.
 
"Microsoft" şirkəti "Xbox One" satışlarının nəticəsini sonuncu dəfə 2014-cü il yanvarın ikinci yarısında səsləndirib. O zaman məlumat verilmişdi ki, 3,9 milyon oyun konsolu satılıb.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL