waplog

Bu robot qaçır, pilləkənləri düşür, içki süzür və salamlaşır


“Honda” şirkəti “ASIMO” robotunun yeni versiyasını nümayiş etdirib. İndi robot yalnız hərəkət etmək, qaçmaq, pilləkənlə aşağı düşmək və qalxmaq deyil, həm də butulkanın ağzını aça, içki süzə və salamlaşma əlaməti kimi əl sıxa bilər.
 
“ICTnews” elektron xəbər xidməti “http://zhelezyaka.com” saytına istinadən bildirir ki, “ASIMO” robotunun yeni versiyası 16 aprel tarixində Manhetten mehmanxanasında keçirilmiş mətbuat konfransında nümayiş etdirilib. Robotun xarici görünüşü dəyişməyib. Astronavtı xatırladan 1.3 metrlik “ASIMO” robotunun çəkisi 50 kq-dır.
 
“ASIMO” robotunun birinci versiyası 2000-ci ildə təqdim edilib. O vaxtdan etibarən robot insana məxsus bir çox xüsusiyyətlərə sahiblənib. İndi robot bir ayaq üstündə tullana və saatda 9 km sürətlə qaça bilər. Robot artıq insan jestləri ilə ünsiyyət saxlamaq bacarığına malikdir.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL