waplog

“HTC” şirkəti “Samsung Galaxy” brendinin yaradıcısını işə götürüb


“HTC” şirkəti öz “Android” məhsullarının təkmilləşdirilməsi üçün 2008-2012-ci illərdə “Samsung”un marketinq üzrə keçmiş direktoru olmuş Pol Qoldeni işə götürüb. Reklamçı “Galaxy” brendini hazırlayıb və olduqca uğurlu “The Next Big Thing” kampaniyasını keçirib.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Pol Qoldenlə üç aylıq ilkin müqavilə bağlanılıb. Tayvan şirkətinin mətbuat xidmətindən informasiyanın doğruluğunu təsdiq etsələr də,  ətraflı məlumat verməyiblər.
 
“HTC” şirkəti artıq üçüncü rübdür ki, ardıcıl olaraq satışların azalması fonunda zərərə  məruz qalır. Ehtimala görə, Pol Qoldenin reklam siyasəti Tayvan şirkətinin istehsalı olan qurğulara marağı artıracaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL