waplog

“Google”un üçölçülü smartfonu kosmosa göndəriləcək


ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) mühəndisləri "Google" şirkəti tərəfindən öz sınaq "Project Tango" smartfonu üçün hazırlanan kompüter görmə texnologiyasından istifadə edəcəklər. Söhbət Beynəlxalq Kosmik Stansiyada naviqasiyanı sadələşdirəcək robot-köməkçilərin yaradılması üzrə "SPHERES" layihəsindən gedir.

İnternet şirkətinin tərkibinə daxil olan "Advanced Technology and Projects" (ATAP) şöbəsi "NASA" ilə bir ildir əməkdaşlıq edir. Onlar birlikdə astronavtların Beynəlxalq Kosmik Stansiyada müxtəlif tapşırıqları müstəqil şəkildə yerinə yetirmələri üçün robotlar yaradırlar.

Robotların əsas vəzifəsi stansiyanın üçölçülü xəritəsinin tərtib olunmasından ibarətdir. "SPHERES" layihəsini "Google"un "3D" görüntüsü ilə təmin etmək üçün ona smartfon, əlavə kameralar və digər avadanlıqlar əlavə olunacaq. "Project Tango" və "SPHERES"-in orbitə 2014-cü ilin yayında buraxılması planlaşdırılır.


5 düymlük "Project Tango" smartfonunun prototipi cari ilin fevralında nümayiş olunub. Qurğunun arxa panelində yerləşən ötürücülər ətrafdakı şəraiti skan edir və real vaxt rejimində onun "3D" modelini yaradır. "Project Tango" müxtəlif sahələrdə tətbiq oluna bilər. Məsələn, istifadəçi mağazaya getməzdən əvvəl mebeli asanlıqla seçmək üçün evinin "3D" xəritəsini yarada bilər. Aparat həmçinin görmə qabiliyyəti zəif olan insanlara tanış olmayan yerlərdə başqasının köməyi olmadan səmti tapmaqda yardımçı olacaq.


Yerlərin üçölçülü xəritələrinin yaradılması üçün qurğu insanın hərəkətini izləyən 4 meqapikselli kamera, iki xüsusi "Movidius Myriad 1" prosessoru, giroskop, kompas, "Unity" kompüter və digər videooyunların mərkəzi proqram komponenti ilə təchiz edilib, - "Vesti www.vesti.ru" yazır. 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL