waplog

Azərbaycanda maliyyə innovasiyalarına həsr olunmuş beynəlxalq forum keçiriləcək


Bakıda iyunun 4-də Azərbaycan Maliyyə İnnovasiyaları Forumu (Azerbaijan Financial Innovation Forum 2014) keçiriləcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "PFS", "Saxo Bank", "APEX", "CARD", "Credit Andorra Bank", Sankt-Peterburq Birjası və s. investisiya, maliyyə və hüquq şirkətlərinin iştirakı gözlənilir.
 
İki gün davam edəcək tədbirin əsas məqsədi Azərbaycanın maliyyə bazarının inkişaf etdirilməsi və Bakının beynəlxalq maliyyə mərkəzinə çevrilməsinə töhfə verməkdir. Forum çərçivəsində yerli maliyyə biznesinin, bankların sığorta və lizinq şirkətlərinin nümayəndələri dünya sərmayə bazarının aparıcı nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər.

"HansaFinCon" beynəlxalq konsaltinq şirkətinin təşkil etdiyi Forumun proqramında qlobal və Azərbaycan sərmayə bazarının, innovasiya sərmayələrinin, vençur kapital qoyuluşunun, broker biznesinin əsas trendlərinin və bir sıra digər məsələlərin  müzakirəsi nəzərdə tutulur.

Forumda Xəzər regionunda "Private Banking", "HNWI" premium-seqmenti üçün aktivlərin idarə edilməsi, regionda broker xidmətlərinin inkişaf etdirilməsi, sərmayə strukturları, daşınmaz əmlaka sərmayələr, beynəlxalq vergi sərmayələri, beynəlxalq vergi planlaşdırması, AIFMD, UCITS, maliyyə planlaşdırması, Asiya-Sakit Okean regionu, Azərbaycan bazarına çıxış imkanları, həmçinin Azərbaycan və Xəzəryanı ölkələrin şirkətlərinin Avropa bazarına çıxış imkanları müzakirə ediləcək. Forumda iştirak etmək istəyən mütəxəssislər "http://baku.fi-forum.com" ünvanında qeydiyyatdan keçə bilərlər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL