waplog

Di Kaprio Stiv Cobsu ekranlaşdıra bilər


"Sony Pictures" kinofilm şirkəti aktyor Leonardo Di Kaprionu Stiv Cobs rolunu ifa etmək üçün iş birliyinə  cəlb etmək istəyir. Lakin hələ ki aktyorun bu rolu qəbul edib-etməyəcəyi dəqiq bilinmir.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, əvvəl hesab edilirdi ki, ekran əsəri  "Döyüş klubu" və "Sosial şəbəkə" filmlərinin rejissoru Devid Finçer tərəfindən çəkiləcək, amma onun qonorar tələbinin çox yüksək olması "Sony" şirkətini qane etməyib.
 
"The Wrap" kino nəşri yazır ki, indi  "Sony" rejissor kimi Denni Boylu filmə cəlb etməyi planlaşdırır.  Qeyd edək ki, o, "Çimərlik" filminin rejissorudur.  "Çimərlik" filmində baş rolu oynamış Di Kaprio Boylla iş təcrübəsinə malik olduğu üçün ehtimal edilir  ki, aktyor kino şirkətinin təklifini qəbul edəcək.
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL