waplog

Ev istifadəsi üçün “3D” printerlərin satış həcmi 1 milyonu ötəcək


“Juniper Research” analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə dünyada istehlakçılar ev istifadəsi üçün təxminən 44 min ədəd “3D” printer satın alacaqlar.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, texnologiyanın təkmilləşdirilməsi, onun tətbiqi üçün yeni sahələrin yaranması ilə əlaqədar “3D” printerlərin tədarük həcmi sürətlə artmağa başlayacaq.
 
2018-ci ilədək “3D” çap üçün istehlak sinfinə məxsus qurğuların tədarük həcmi 1 milyonu ötəcək. Bu bazara “Hewlett-Packard” (HP) kimi böyük “oyunçu”ların daxil olması irəliləyişə kömək edəcək və bu da  öz növbəsində “3D” printerlərin qiymətini azaltmağa imkan verəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL