waplog

Kibernetika İnstitutu artıq İdarəetmə Sistemləri İnstitutu adlandırılacaq


Azərbaycan Nazirlər Kabinetinin 104 №-li qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarının adında dəyişikliklər edilib.

“ICTnews” xəbər xidmətinin Azərbaycan Nazirlər Kabinetinin rəsmi məlumatına əsasən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu; Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu; Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu; Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu; Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılacaq.
 
Azərbaycan Milli Elmlər Akademiyasına bu qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL