waplog

Azərbaycan miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanlarının müzakirəsində iştirak edib


Azərbaycan Parisdə Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyasında  iştirak edib.
Azərbaycan Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, komitənin əmək statistikası və gender statistikası şöbələrinin  rəhbərləri 62-ci plenar sessiyada statistik fəaliyyətin optimallaşdırılması və modernizasiyası məsələlərinin müzakirəsində iştirak ediblər.

Seminarda miqrasiya statistikasının keyfiyyətinin, açıqlığının təkmilləşdirilməsinə olan tələblər nəzərdən keçirilmiş və miqrasiya üzrə bir sıra göstəricilərin təkmilləşdirilməsi imkanları, həmçinin miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub. 
 

Sessiyada statistik istehsalın və xidmətlərin modernizasiyası üzrə yüksəksəviyyəli qrupun fəaliyyətinin nəticələri təqdim olunub. 

Tədbirdə statistika orqanları qarşısında duran strateji məsələlər, o cümlədən davamlı inkişaf, mikroməlumatlar, qabaqlayıcı göstəricilər, kombinasiya olunmuş göstəricilər və əhval-ruhiyyə göstəriciləri, həmçinin konseptual və əlaqələndirici səciyyəli digər məsələlər müzakirə olunub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mərkəzi qərargahında təşkil edilmiş bu tədbirdə 51 Avropa və digər dünya ölkələrinin milli statistika orqanlarının nümayəndələri iştirak edib.
 
Aynur Vəliyeva 


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL